Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib YENİLƏNİB VİDEO

Bakı, 10 iyul, AZƏRTAC

Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yüksək səviyyədə təşkili, azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə genişmiqyaslı kampaniyaya start verib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” rəhbər tutulmaqla hazırlanan və seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, iyulun 10-da ilk tədbir – ölkə üzrə bütün dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tədbiri giriş sözü ilə açaraq xatırladıb ki, Azərbaycan Prezidenti iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Seçkilər təyin oldunduqdan sonra bu prosesə məsul olan orqan kimi MSK fəaliyyətə başlayıb və tədbirlər planı hazırlanaraq ictimailəşdirilib. MSK təqvim planına uyğun olaraq işlərini qurur.

M.Pənahov ilk dəfə ölkəmizin bütün suveren ərazilərində keçiriləcək Milli Məclisə seçkilərin əlamətdar hadisə olduğunu deyib. O qeyd edib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, dairə seçki komissiyalarının sədrləri üçün təşkil olunan müşavirə MSK-nın bütün maarifləndirmə layihələrinin fövqündə dayanır.

O, xüsusilə vurğulayıb ki, ölkə rəhbərliyinin ciddi mövqeyi, möhkəm siyasi iradəsi və seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi üçün böyük diqqət və qayğısı seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən ən mühüm amillərdir. M.Pənahov bütün bunlara görə Mərkəzi Seçki Komissiyası və on minlərlə aşağı seçki komissiyası üzvləri adından ölkə rəhbərliyinə bir daha minnətdarlığını ifadə edib.

MSK sədri diqqətə çatdırıb ki, həyata keçirilən uğurlu siyasət nəticəsində respublikada bərqərar olan möhkəm ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsinə hərtərəfli imkan yaradır. Azərbaycanda dairə və məntəqə seçki komissiyaları üçün yaradılan şərait yüksək səviyyədə olduğunu diqqətə çatdıran M.Pənahovun sözlərinə görə, parlament seçkilərinin keçirilməsi üçün ölkədəki 125 seçki dairəsi üzrə 6400-dən çox seçki məntəqəsində seçicilərin səsverməsi üçün bütün lazımi şərait yaradılır.

“Cari il fevralın 7-də prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində keçirildi. Biz bu seçkiləri “Zəfər seçkisi” adlandırdıq. Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də işğaldan azad edilmiş bölgələrdə yaşayan vətəndaşlar ilk dəfə səs verəcəklər. Qeyd edim ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində işğaldan azad olunmuş bölgələrdə daimi əsaslarla 26 seçki məntəqəsi yaradılmışdı. Eyni zamanda, müvəqqəti əsaslarla yaradılan məntəqələrimiz də var idi. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 47 məntəqə fəaliyyət göstərirdi. Parlament seçkilərində həmin bölgələrdə məntəqələrin sayı kifayət qədər artacaq”, - deyə MSK sədri bildirib.

M.Pənahov diqqətə çatdırıb ki, Seçki Məcəlləsinin tələblərinə görə, beynəlxalq müşahidəçiləri dəvət etmək üçün Azərbaycanda üç səlahiyyətli qurum var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır. Milli Məclis beynəlxalq miqyasda parlament nümayəndə heyətlərini, XİN ali müşahidəçiləri dəvət edir. Seçki ilə bağlı əməkdaşlıq etdiyimiz qurumları isə Mərkəzi Seçki Komissiyası dəvət edir. O bildirib ki, geniş coğrafiyanı əhatə edən beynəlxalq müşahidəçilər üçün dəvətlər göndərilir.

“Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektlərinin nümayəndələri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması prosesində sərbəst şəkildə iştirak edirlər”, - deyə Məzahir Pənahov fikirlərini yekunlaşdırıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edərək 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini ölkəmizin ictimai-siyasi həyatında ikinci ən böyük mühüm hadisə kimi dəyərləndirib. Prezidentin köməkçisi vurğulayıb ki, bundan əvvəl Azərbaycan xalqı prezident seçkilərində layiqli namizədinə səs verib və fevralın 7-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

Zəfərdən sonra ölkəmizin işğaldan azad edilmiş ərazilərdə böyük miqyasda bərpa və quruculuq işlərini apardığını, insanların doğma torpaqlarına qayıtdıqlarını bildirən Z.Nağdəliyev deyib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, parlament seçkilərinin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsi təmin edilməlidir.

“Milli Məclisə seçkilərin yüksək səviyyədə keçirilməsi prosesində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Çalışmalıyıq ki, seçkilər həm ölkədə, həm də beynəlxalq miqyasda yaxşı mənada səs salsın. Məqsədimiz Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçkilərin mütəşəkkil qaydada, azad və şəffaf şəkildə keçirilməsinin təmin olunmasıdır”, - deyə o qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əvvəlcə 26 seçki məntəqəsi olduğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb. Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqə seçki komissiyalarında vəziyyətlə maraqlandıqlarını diqqətə çatdıran Z.Nagdəliyev komissiyaların binalarının hər cür lazımi şəraitlə təmin olunmasının vacibliyini bildirib. Prezident Administrasiyasının şöbə müdiri 2022-2024-cü illərdə ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən 2,5 milyon ev təsərrüfatına baxış keçirildiyini və əldə edilmiş uçot məlumatlarının tam təhlil olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləşdirilməsi aparılıb.

Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 1 milyon 153 min nəfərdən 22,2 faiz artaraq bu ilin 28 iyun tarixinə 6 milyon 334 min 444 nəfər təşkil edib.

Ölkəmizdə 125 seçki dairəsi üzrə seçicilərin sayının xeyli artdığını qeyd edən Z.Nağdəliyev seçkilərədək seçicilərin siyahısının dürüstləşdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin deyib ki, avqustun 9-dək seçki dairələri üzrə açıq və qapalı yerlərin müəyyənləşdirilməsi başa çatdırılacaq.

Prezidentin köməkçisi seçki komissiyalarının rəhbərlərinə tövsiyə edib ki, hər hansı mənfi hallar aşkarlandığı halda müvafiq ünvanlara müraciət etsinlər.

“Seçki hüququnun konstitusion əsasları, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki hüququnun realizə mexanizmləri” mövzusunda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, seçki prosesi dinamik və inkişaf edən prosesdir. Seçki demokratik cəmiyyətin mühüm amillərindən biridir. Müasir Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş Konstitusiyada əksini tapıb.

Seçki prosesinin doğru, şəffaf və açıq-aydın keçirilməsinin əsas amillərdən biri olduğunu qeyd edən Konstitusiya Məhkəməsinin sədri vurğulayıb: “Seçki prosesində məhkəmələrin iştirakını siyasi çərçivədə qiymətləndirmək olmaz. Məhkəmələrin prosesdə iştirakı ona hesablanıb ki, cəmiyyət və dövlət insanların seçki hüququnun təmin edilməsində maraqlıdır. Qanuna riayət etmək seçkilərin uğurlu keçirilməsi üçün ən vacib məqamlardan biridir”.

Baş prokurorun birinci müavini Elçin Məmmədov “Seçki iştirakçılarının hüquqlarının pozulması və qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət tədbirləri” mövzusunda fikirlərini bölüşərək seçki prosesində prokurorluq orqanlarının fəaliyyətindən danışıb və maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

“Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçki komissiyalarının işinə müdaxilə edənlər cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb olunurlar. Bunun üçün konkret qayda və normalar var. Məcəllənin 112-ci maddəsinə uyğun olaraq seçicilərin və namizədlərin seçki hüquqlarının pozulduğu halda müvafiq quruma şikayət etmək hüququ var”, - deyə o bildirib.

Baş prokurorun birinci müavini bildirib ki, Cinayət Məcəlləsinə uyğun olaraq, seçki prosesinə maneə yaradanlar məsuliyyətə cəlb edilirlər.

“İnanırıq ki, Azərbaycan vətəndaşları növbədənkənar parlament seçkilərində fəal iştirak edərək layiqli namizədlərinə səs verəcəklər”, - deyə E.Məmmədov diqqətə çatdırıb.

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ədliyyə orqanlarının rol və vəzifələri” mövzusunda fikirlərini bölüşən ədliyyə nazirinin müavini Abiddin Hüseynov vurğulayıb ki, sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərinin ən böyük özəlliyi Azərbaycanın bütün ərazilərində keçirilməsidir.

Nazir müavini bildirib ki, seçkilərin milli qanunvericiliyə uyğun keçirilməsi məsələsi qarşımızda mühüm vəzifələr qoyur. Prosesdə ədliyyə orqanlarının vəzifələrindən danışan A.Hüseynov seçkilərdə vətəndaşların fəal iştirakını qeyd edib. Bildirib ki, nazirliyin seçki prosesində vəzifələrindən biri də penitensiar müəssisələrdə olanların seçki prosesində iştirakının təmin edilməsidir. Onun sözlərinə görə, Azərbaycanda penitensiar müəssisələrdə cəza çəkən məhkumların səsvermə hüququ tam təmin edilir.

“Penitensiar müəssisələrdə keçirilən seçkilər təlimata uyğun aparılır və xüsusi komissiya yaradılır. Seçki günü səsverməni izləmək üçün media subyektləri cəlb olunurlar”, - deyə o bildirib. Seçki siyahılarının dürüstləşdirilməsində Ədliyyə Nazirliyinin də iştirak etdiyini diqqətə çatdıran nazirlik rəsmisi doğum və ölüm faktları ilə məlumatların dəqiqləşdirilməsi məsələsinə toxunub. Qeyd edib ki, məlumatlar Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə reyestrdə yoxlanılır.

Nazir müavini qeyd edib ki, notariat ofisləri də seçki prosesində sənədlərin təsdiqlənməsi və digər aidiyyəti proseslərdə iştirak edir.

Müşavirənin sonunda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesi ilə bağlı söhbət aparıb və tövsiyələrini verib.

Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib FOTOLAR VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib FOTOLAR VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib