M.S.Ordubadinin ev-muzeyində “Ulu öndər Heydər Əliyev xalqın xatirəsində” mövzusunda tədbir keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da M.S.Ordubadinin ev-muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev xalqın xatirəsində” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ziyalıların, müəllimlərin, şagirdlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə ev-muzeyinin direktoru Lalə Abaszadə ümummilli liderin həyat və fəaliyyəti haqqında danışmışdır. Elmi işçi İradə Vəliyeva “Heydər Əliyev və muzeylər”, Laçın Mehdiyeva isə “Heydər Əliyev və gənclər” mövzusunda məruzələrlə çıxış etmişlər. Natiqlər bildirmişlər ki, böyük öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan üçün yeni bir era başlanmışdır.
Bülbülün ev-muzeyinin direktoru Adelaida Məmmədova bildirmişdir ki, “Əsrin müqaviləsi”nə imza atmış ümummilli lider Heydər Əliyev xalqın xoş gələcəyi, rifahı üçün çalışmış, ömrünü Azərbaycanın tərəqqisi yolunda şam kimi əritmişdir.
Tədbirdə paytaxtın Məmməd Rahim adına 7 nömrəli məktəbinin şagirdləri ümummilli liderə həsr olunmuş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]