MTN-in “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşları “Heydər Zirvəsi”nə yürüş etmişlər
Bakı, 12 may (AZƏRTAC). Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindəki “Heydər Zirvəsi”nə yürüş etmişlər.
MTN-in ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, xüsusi təyinatlıların “Heydər Zirvəsi”nə yürüşü mayın 7-də Bakı şəhərində Fəxri xiyabanda ulu öndərin abidəsini və Şəhidlər xiyabanını ziyarətlə başlamışdır.
Ulu öndər Heydər Əliyevin adını daşıyan zirvə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3 min 751 metr hündürlükdə yerləşir.
Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərinədək davam etmiş və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədi ilə həmin ərazidə düşərgə salınmışdır. Yürüş iştirakçıları mayın 9-da ulu öndərin adını daşıyan “Heydər Zirvəsi”nə qalxaraq, ümummilli liderin barelyefi önünə gül dəstələri düzmüş, Azərbaycanın dövlət bayrağını sancmışlar.
Artıq ənənə halını almış belə tədbirlər ulu öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsi olmaqla yanaşı, Azərbaycanda idmana, onun ekstremal növlərinə və gəncliyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]

