Müddətli müqavilə ilə vakansiya seçimi edəcək müəllimlərin nəzərinə
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 5-i saat 12:00-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq. Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər sentyabrın 7-si saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsi ləğv olunan şəxslər cari il təşkil edilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış şəxslərlə əvəz olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:14]
BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub
- 05.06.2026 [15:45]
Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib
- 05.06.2026 [15:32]
Dövlət orqanlarında 16 vəzifə üzrə daxili müsahibə elan olunub
- 05.06.2026 [15:02]