MÜƏSSİSƏ RƏHBƏRLƏRİNƏ İCRASI MƏCBURİ OLAN GÖSTƏRİŞLƏR VERİLMİŞDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozuntusu faktlarına rast gəlinməsi ilə əlaqədar həmin müəssisələrdə araşdırma aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Bibiheybət” Neft Qaz Çıxarma İdarəsi (NQÇİ), “Balaxanıneft” NQÇİ, “Suraxanı OİL” Əməliyyat Şirkəti, “28 May” NQÇİ, “Neft Daşları” NQÇİ-nin fəaliyyət zonalarından neftdən ayrılan lay suyunun Xəzər dənizinə axıdılması faktları aşkarlanmışdır.
Eyni zamanda, Heydər Əliyev adına Bakı neft emalı zavodunun, “Azərsu” ASC Lənkəran şəhər su-kanal idarəsinin və “Azəryod” MMC-nin sənaye və məişət çirkab sularını təmizləmədən Xəzərə axıtdığı müəyyənləşdirilmişdir.
Faktlarla əlaqədar akt və protokollar tərtib edilmiş, çatışmazlıqların aradan qaldırılması üçün müəssisələrin rəhbərlərinə icrası məcburi olan müddətli göstəriş verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]