Muğam Mərkəzində iki görkəmli bəstəkarın mahnıları səslənib
Bakı, 27 noyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkarlar - Tofiq Quliyevin 100 və Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsert Mədəniyyət və İncəsənət Universitetinin və mərkəzin birgə təşkilatçılığı ilə reallaşıb.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış ediblər.
Gecədə T.Quliyevin “Ey sevincim Bakı”, “Lirik mahnı”, “Kimsən sən”, “Sən mənimsən mən sənin”, “Qəmgin mahnı”, “Zibeydə”, “Canım Bakı, qanım Bakı”, E.Sabitoğlunun “Əlvida”, “Çiçək yağısı”, “Düşürsən yadıma”, “Ayrılıq”, “Kəpənək”, “Belə ola həmişə” mahnıları, “Şükriyyə” romansı ifa edilib.
İfaçıları Sevinc Dadaşovanın bədii rəhbərliyi ilə “Nəğməli Bakı” ansamblı müşayiət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]