Muğam Mərkəzində növbəti konsert - “Xaric segah”
Bakı, 15 dekabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert “Xaric segah” muğamına həsr edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Əməkdar Artist Sevinc Sarıyevanın iştirakı ilə reallaşan konsert Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Xanəndəni “Buta” instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri tarzən Rövşən Qurbanovdur.
Layihənin növbəti konserti dekabrın 27-də “Arazbarı”, “Ovşarı” və başqa ritmik muğamlara həsr ediləcək.