“MUĞANBANK” ASC-NİN ADİ ADLI SƏNƏDSİZ SƏHMLƏRİNİN EMİSSİYA PROSPEKTİ QEYDƏ ALINMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “MuğanBank” Açıq Səhmdar Cəmiyyətinin ümumi məbləği 2 milyon manat, hər birinin nominal dəyəri 200 manat olan adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə almışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir. “Texnika kapital Menecment” MMC səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edir.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.
“MuğanBank” ASC-nin səhmlərinin emissiya prospekti BFB-nin internet saytında yerləşdiriləcəkdir.