Mühərriki alışan “A-330” təyyarəsi Sinqapurda qəza enişi etmişdir
Bakı, 16 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Honkonqun “Cathau pacific” aviasiya şirkətinə məxsus “Airbus A-330” təyyarəsi Sinqapur hava limanına qəza enişi etmişdir. Bu barədə mayın 16-da EFE agentliyi məlumat yaymışdır.
Hava limanı administrasiyasının nümayəndəsi İvan Tan bildirmişdir ki, təyyarənin mühərriklərindən birində alışma səbəbindən pilot uçuşdan dərhal sonra Sinqapura qayıtmağı qərara almışdır. Eniş uğurla başa çatmış, sərnişinlərdən və heyət üzvlərindən heç biri xəsarət almamışdır.
Təyyarə Sinqapur və Cakarta arasında reys edirdi.
EFE agentliyi təyyarədə neçə adamın olduğunu dəqiqləşdirmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:24]
İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir
- 09.09.2026 [16:24]
Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO
- 09.09.2026 [12:53]