MÜQƏDDƏS KİTABIMIZA HƏSR EDİLMİŞ SƏRGİ
Nizami adına Ədəbiyyat Muzeyində müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”ə həsr edilmiş sərgi açılmışdır.
Sərgi ölkəmizin bir neçə qadın təşkilatı tərəfindən təşkil olunmuşdur. Muzeyin böyük salonundakı kitab rəflərində Quranın 200-dək müxtəlif nüsxələri, o cümlədən ən qədim nüsxələri düzülmüşdür. Sərgiyə gələnlər vaxtilə Azərbaycan milyonçuları - neft sənayeçiləri Murtuza Muxtarovun və Şəmsi Əsədullayevin ailə kitabxanalarında saxlanan nüsxələrlə də tanış ola bilərlər.
Sərgi paytaxt ictimaiyyətinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olmuşdur. Əcnəbi diplomatlar, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əməkdaşları, alim və tələbələr sərgiyə həvəslə tamaşa edirlər.
Sərgi bir həftə davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]