Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli şeyx həzrətləri.

Hörmətli din xadimləri.

Hörmətli məclis iştirakçıları.

İlk növbədə mənim ünvanıma deyilən bütün xoş sözlərə görə sizə minnətdaram. Mən çox şadam ki, bu gün Azərbaycan uğurla, inamla inkişaf edir. Bu gün dünyada Azərbaycan böyük hörmətlə, böyük ehtiramla qarşılanır. Bizə olan hörmət, rəğbət gündən-günə artır. Çünki dünya bilir ki, artıq biz etibarlı tərəfdaşıq. Dünya bilir ki, Azərbaycanda gedən proseslər nəinki ölkəmizin inkişafını müəyyən edir, eyni zamanda, bölgəyə də çox müsbət təsir göstərir.

Artıq gözəl bir ənənədir ki, biz mübarək Ramazan ayında şeyx həzrətlərinin iftar süfrəsinə toplaşırıq. Təxminən bir il bundan əvvəl bu salonda görüşmüşük. Günlər, aylar tez keçir. Keçən il ərzində Azərbaycan daha da güclənmiş, beynəlxalq mövqelərini daha da möhkəmləndirə bilmişdir. Bizim inamlı, dayanıqlı inkişafımız əminəm ki, bundan sonra da təmin ediləcəkdir.

Bu gözəl ənənənin səbəbkarları - ulu öndər Heydər Əliyev və şeyx həzrətləri doğrudan da çox gözəl bir ənənənin təməlini qoymuşlar. Çünki Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Böyük problemlərlə, fəlakətlərlə üzləşmişdik. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Ulu Öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün istiqamətlər üzrə konkret inkişaf strategiyamız müəyyən edilmişdir. İqtisadi islahatlar, siyasi islahatlar, ordu quruculuğu, sosial proqramların icrası, eyni zamanda, din-dövlət münasibətlərinin qurulması, yaradılması da Ulu Öndər tərəfindən irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Təbii ki, müstəqillikdən əvvəl bizim dövlətimiz yox idi və təbii ki, din-dövlət münasibətləri də mövcud deyildi. Bu münasibətlər möhkəm və sağlam təməl üzərində qurulubdur və bu gün ölkəmizin uğurlu inkişafında din-dövlət münasibətləri xüsusi yer tutur. Deyə bilərəm ki, Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır. Əlbəttə, burada Ulu Öndərin və şeyx həzrətlərinin şəxsi dostluğu öz rolunu oynamışdır və bu gün bütün istiqamətlər üzrə olduğu kimi, bu sahədə də ənənələr, ardıcıllıq davam edir. Bizim də şeyx həzrətləri ilə dostluğumuz həm ürəyimizdən gələn bir sifarişdir, bir duyğudur, eyni zamanda, ölkəmizin inamlı inkişafı üçün də mühüm amildir. Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir.

Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları vardır. Müstəqil Azərbaycan artıq dünya miqyasında sözünü açıq deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili siyasət xarici siyasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir.

Bu gün Azərbaycan kimi son on il ərzində iqtisadi sahədə inkişaf edən ikinci ölkə yoxdur. Bu da müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət göstərir. Eyni zamanda, mənəvi dayaqlar - cəmiyyətimizin mənəvi dayaqları bizim uğurlu inkişafımızın əsas şərtidir. Çünki iqtisadiyyat güclü ola bilər, - biz tarixdən bilirik ki, ölkələr inkişaf edir, ondan sonra tənəzzülə uğrayır, - ancaq əgər mənəvi sütun, dayaq yoxdursa, bu ölkənin gələcəyi yoxdur.

Ona görə gənc nəslimizi vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək hər bir şüurlu vətəndaşın, dövlətin borcudur. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Mən şadam ki, Azərbaycanda çox dəyərli, bilikli, savadlı gənc nəsil yetişir. O gənc nəsil ki, gələcəkdə ölkəmizi idarə edəcək. Bu gün gənclərimiz qürur hissi ilə deyirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Çünki doğrudan da bu gün ölkəmizdə gedən uğurlu inkişaf prosesi hər bir vətənpərvər insanın qəlbini qürurla doldurur. Milli mənəvi dəyərlər, ənənələr, bizim dini dəyərlərimiz əminəm ki, bundan sonra da inkişafımızın əsas istiqaməti olacaqdır.

Bu gün iftar məclisimizdə dinlərarası münasibətlər haqqında danışıldı. Azərbaycanda bu münasibətlərə də çox böyük diqqət yetirilir. Deyə bilərəm ki, burada iki mühüm amil cəmləşir. Həm dövlət siyasəti, eyni zamanda, cəmiyyətimizin vəziyyəti və statusu. Çünki sadəcə olaraq dövlət siyasəti yeritməklə istədiyimizə nail olmaq mümkün deyildir. Ona görə Azərbaycanda çox nadir bir ab-hava, nadir bir vəziyyət yaranıbdır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Əsrlər boyu bu, belə olub. Bu gün, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir və bizim gücümüz birliyimizdədir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bu gün biz bu masa arxasında bir yerdə əyləşmişik. Azərbaycan cəmiyyətində bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Əlbəttə, bu, Konstitusiyada təsbit edilib. Ancaq, eyni zamanda, real həyatda da bu, belədir. Deyə bilərəm ki, bu gün bu əlamətə görə Azərbaycan dünyada böyük dərəcədə fərqlənir, seçilir. Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir.

Biz indi internet dövründə dünyada gedən proseslər haqqında dərhal xəbər tuturuq. Əfsuslar olsun ki, bu xəbərlər heç də müsbət deyildir. Dünyanın müxtəlif yerlərində - Avropada, Yaxın Şərqdə, bizim bölgədə dini zəmində, məzhəb zəminində, başqa səbəblər üzündən qan tökülür, müharibələr, vətəndaş müharibələri aparılır, qarşıdurmalar baş verir. Azərbaycan sabitlik adasıdır. Azərbaycan əslində bölgədə sabitləşdirici rol oynayır. Yəni, ölkə daxilində gedən bu gözəl proseslər bölgəyə də müsbət təsir göstərir. Bu gün Azərbaycansız bölgə siyasətini təsəvvür etmək mümkün deyildir. Çünki biz öz addımlarımızla, təşəbbüslərimizlə, siyasi, iqtisadi, digər istiqamətlər üzrə atılan addımlarla böyük dərəcədə bölgənin gündəliyini müəyyən edirik.

Bizim qərarlarımızın əhəmiyyəti böyük dərəcədə artır və bütün qərarlarımız müsbət istiqamətə yönəlibdir. Regional əməkdaşlığı dərinləşdirmək, ölkə daxilindəki vəziyyəti və Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdırmaq bizim əsas vəzifəmizdir.

Daxili sabitliyin möhkəmləndirilməsi üçün əsas şərt xalqla iqtidar arasındakı birlikdir. Bu birlik vardır. Birliyin təməlində dövlət siyasəti dayanır. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, təhlükəsizliyi, qayğıları, rifahı dayanır. Ona görə, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin əsas şərtidir. Görəndə ki, başqa bölgələrdə, başqa yerlərdə sabitlik pozulur və qardaş qanı tökülür, əlbəttə, bu, bizi çox incidir, üzür və eyni zamanda, Azərbaycan təcrübəsinə dünyanın diqqətini bir daha cəlb edir.

Azərbaycanda milli, dini, məzhəb zəminində heç vaxt qarşıdurma olmamışdır və olmayacaqdır. Bunun qarantı Azərbaycan dövlətidir, Azərbaycan xalqıdır. Biz dünyanın müxtəlif yerlərində baş verən xoşagəlməz hadisələri təhlil edərkən öz siyasətimizi bundan sonra daha da inamla aparmalıyıq. Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yaşayırlar, yaşayacaqlar. Azərbaycanda ictimai-siyasi asayiş tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu əsas şərtlər imkan verir ki, biz gələcəyimizi planlaşdıraq, gələcəyə böyük nikbinliklə baxaq.

Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda hesab edirəm ki, ilk növbədə Azərbaycan göz önünə gəlir. Azərbaycanda isə dinlərarası dialoq çoxdan təmin edilibdir. Bu gün Azərbaycanda dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri güclənir. Budur bizim üstünlüyümüz. Təsadüfi deyildir ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu gün onsuz da beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə malikik. Biz həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Gələn il Bakıda birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Yəni, bu, nadir bir vəziyyətdir. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güclənməsinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur.

Biz çalışırıq, çalışmalıyıq öz səylərimizi daha da böyük dərəcədə qoyaq ki, dünyada meyillər müsbət istiqamətdə getsin. Burada şeyx həzrətlərinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Şeyx həzrətlərinin dünya dinlərarası dialoqun inkişafında böyük rolu, dünyada böyük hörməti vardır. Həm öz həmkarları ilə sıx əlaqələri, həm də ictimaiyyətdə çox böyük təşəbbüsləri vardır. Bu, əlbəttə ki, ölkəmiz üçün böyük üstünlükdür. Hesab edirəm ki, dinlərarası münasibətlərin sağlam zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm, öyrəniləcəkdir. Çünki bu, doğrudan da nadir bir təcrübədir.

Mən bir daha qeyd etmək istəyirəm ki, bu iftar məclisimiz ənənəvi xarakter daşıyır. Bunun həm bizim, həm də cəmiyyət üçün çox böyük əhəmiyyəti vardır. Cəmiyyət də görür ki, baxmayaraq Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət bir yerdədir, çünki bizim amalımız birdir - daha güclü Azərbaycan qurmaq, yaratmaq.

Bizim amalımız ölkəmizi inkişaf etdirmək, əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq. Çünki əfsuslar olsun ki, - artıq bu, heç kəs üçün sirr deyil, - dünyada daha çox beynəlxalq hüquq yox, güc amili rol oynayır. Biz daha da güclü olmalıyıq. Biz güclənirik. Buna vaxt lazımdır. Ancaq baxsaq, görsək qısa müddət ərzində haradan-haraya gəlmişik, onda tam əminliklə deyə bilərik ki, gücümüzü daha da artıracağıq və bu güc, siyasət hesabına biz öz hədəfimizə çatacağıq.

Bu gün işğaldan əziyyət çəkən Azərbaycan vətəndaşları, soydaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqlar, qayıtmalıdırlar, orada yaşamalıdırlar, yaşayacaqlar. Biz hamımız - Azərbaycan vətəndaşları hər gün, hər an o müqəddəs günü yaxınlaşdırırıq və yaxınlaşdırmalıyıq.

Mən bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. Bu gün də onlar və digər ölkələrin səfirləri bizim aramızdadırlar. Mən hesab edirəm ki, bu gün Azərbaycan həm İslam aləmində, həm Avropada etibarlı tərəfdaş və dost kimi tanınır. Bu şərəfli adı biz öz əməyimizlə, siyasətimizlə qazanmışıq.

Fürsətdən istifadə edib bütün dünya müsəlmanlarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin inkişafı, təhlükəsizliyin təmin edilməsi və strateji hədəflərimizə çatmaq üçün öz səylərimi əsirgəməyəcəyəm. Azərbaycan xalqına bir daha söz verirəm ki, mən bundan sonra da doğma xalqımıza sədaqətlə xidmət edəcəyəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib