MÜSABİQƏNİN BİRİNCİ TURUNA YEKUN VURULMUŞDUR
Mədəniyyət Nazirliyinin keçirdiyi simli alətlərdə və nəfəs alətlərində ifaçıların müsabiqəsinin birinci turuna yekun vurulmuşdur. İlk turda Astaradan və digər rayonlardan olan musiqiçilər fərqlənmişlər.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, qaliblər noyabrın 6-9-da Əli Bayramlı şəhərində keçiriləcək zona turunda, həmin ayın 13-16-da isə Salyan şəhərində təşkil olunacaq final mərhələsində iştirak edəcəklər.