Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərin nəzərinə
Bakı, 24 yanvar, AZƏRTAC
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 28 dekabr tarixli 514 nömrəli Qərarının 4-cü hissəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilib, habelə həmin Qərarda bir sıra dəyişikliklər edilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 1 may tarixli 198 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq, 2020-ci il 1 yanvar tarixindən “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ləğv edilib.
Dəyişiklikləri nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə çıxarılmış aidiyyəti vəzifələr üzrə müsahibə proqramlarında müvafiq dəyişikliklər edilib.