Müşahidəçilər: Seçkilərdə indiyədək hər hansı qayda pozuntusu qeydə alınmayıb VİDEO
Ağstafa, 9 fevral, AZƏRTAC
Ölkəmizin digər rayonlarında olduğu kimi, Ağstafada da Milli Məclisə seçkilər uğurla davam edir.
AZƏRTAc xəbər verir ki, 108 saylı Ağstafa Dairə Seçki Komissiyasının seçki məntəqələrində səsvermənin gedişatını izləyən müşahidəçilər hər hansı qayda pozuntusunun qeydə alınmadığını bildiriblər.
3 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən yerli müstəqil müşahidəçi Vüsal Əsgərov deyib: “Səhər saatlarından başlayaraq səsvermə prosesini izləyirəm. Bu saatadək hər hansı qayda pozuntusu qeydə alınmayıb”.
Digər müşahidəçi Anar Seyidov: “İndiyədək hər hansı problem yoxdur, seçki tam şəffaf keçirilir. Seçicilərə hər hansı təzyiq, təsir yoxdur”.