MÜSƏLMAN SAYTI PRAVOSLAV ATRİBUTLARINI REKLAM ETMƏYƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, “İslamnews” informasiya saytı öz səhifələrində pravoslav ziyarətgahlarının reklamını yerləşdirən ilk müsəlman Runeta mənbəyi olmuşdur.
Bu həftə saytın səhifələrində ikonaların, habelə sifarişlə hazırlanan taxta xaçların reklamı peyda olmuşdur.
“Ölçülü ikona” layihəsinin təşəbbüskarlarından biri, Rusiya Pravoslav Mesenatları Klubu idarə heyəti sədrinin müavini Vladimir Mikov bildirmişdir ki, müsəlman informasiya mənbəyinin bu aksiyası ölkədə dinlərarası münasibətlərin möhkəmləndiyinə dəlalət edir.