Musiqi məktəbi şagirdinin solo konserti
Bakı, 22 mart, AZƏRTAC
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin tar ixtisası üzrə V sinif şagirdi Anar Bəndiyevin (müəllim Sahib Sultanov) dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş solo konserti təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən konsertdə Əməkdar İncəsənət Xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcov, Əməkdar İncəsənət Xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, Əməkdar artistlər Həmid Vəkilov, Anar Şuşalı, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova və başqaları gənc istedada uğur arzulayıblar.
Konsertdə Anar Bəndiyevin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.
Gənc ifaçını məktəbin Fortepiano şöbəsinin müəllimi Aysel Süleymanova müşayiət edib.