Musiqi məktəbinin şagirdləri Respublika Müsabiqəsində uğurla çıxış ediblər
Bakı, 13 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri arasında Gənc İfaçıların IV Respublika Müsabiqəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət, həmçinin Elm və Təhsil nazirlikləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri uğurla iştirak ediblər.
Münsiflər heyətinin qərarı ilə musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin şagirdləri Həsən Hüseynov (tar) və Zərintac Qurbanzadə (kamança) müsabiqədə üçüncü yerə layiq görülüb və diplomla təltif olunublar.