Muxtar respublikada dezinfeksiya tədbirləri davam etdirilir
Naxçıvan, 27 noyabr, AZƏRTAC
Naxçıvanda mövsümi və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu məqsədlə əhalinin daha sıx toplaşdığı yerlərdə, həmçinin təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilir.
Dərmanlama işləri çərçivəsində Naxçıvan şəhərindəki Körpələr Evi, 10 və 12 nömrəli uşaq bağçaları, Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi dezinfeksiya edilib, sinif otaqları, yeməkxana və mətbəx, oyun otaqları, oturacaqlar, dəhlizlər və digər yerlər xüsusi məhlulla yuyulub.