NABUKKO LAYİHƏSİ KONSORSİUMU KƏMƏRİ DOLDURMAQ ÜÇÜN İRAN QAZINDAN İSTİFADƏ İMKANLARINI İSTİSNA ETMİR
İran Nabukko layihəsi üçün ən vacib qaz təchizatçılarından biri ola bilər. AZƏRTAC xəbər verir ki, bu fikri Macarıstanın həmin layihədəki xüsusi nümayəndəsi Mixay Bayyer beynəlxalq işlər üzrə parlament komissiyasının iclasında çıxışında bildirmişdir.
M.Bayyer vurğulamışdır: “Amerikalı tərəfdaşlar və Avropa İttifaqı hesab edirlər ki, hazırda İran ətrafında yaranmış vəziyyətlə əlaqədar siyasi səbəblərə görə bu ölkədən qaz alınması qeyri-mümkündür. Lakin beynəlxalq konsorsium ümidvardır ki, İran qazı gec-tez kəmər üçün əlçatan olacaqdır və İran bizim ən əhəmiyyətli mənbələrimizdən birinə çevriləcəkdir”. M.Bayyer əlavə etmişdir ki, Rusiya qazından istifadə imkanlarını tamamilə istisna etmək olmaz. Onun sözlərinə görə, hələlik layihə üçün əsas mənbə Azərbaycandır və ona Türkmənistan qoşula bilər.
M.Bayyer bildirmişdir ki, layihədə marağı olan ölkələrin hökumətləri arasında saziş bu ilin axırında imzalana bilər. Bununla bağlı danışıqların isə sentyabrda Haaqada başlanması mümkündür.
Macarıstanlı xüsusi nümayəndənin qənaətincə, qaz kəmərinin inşasına xərclərin 7,9 milyard avroyadək artması layihənin nəzərdə tutduğu kimi 2013-cü ildə işə salınmasına təhlükə yaratmır. Layihənin artan dəyərini uzunmüddətli perspektivdə paylanacaq qazın qiymətlərinə əlavə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [22:23]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [22:14]