Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq
Vaşinqton, 11 iyun, AZƏRTAC
İran İslam Respublikası ilə müzakirələrin İranın ən ali rəhbərliyinin çatdırıldığı və təsdiqləndiyinə əsaslanaraq, Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, bu axşam İrana qarşı planlaşdırılan hücumları və bombardmanları ləğv etdim.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
“Müzakirələr və yekun məqamlar həm konsepsiya olaraq, həm də ətraflı şəkildə ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digərləri də daxil olmaqla, bütün ölkələr tərəfindən təsdiqlənib. Dəniz blokadası bu saziş bağlanana qədər qüvvədə qalacaq. İmzalanma vaxtı və yeri tezliklə elan ediləcək”, - deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]