Britaniyada daha bir nazir istefa verib
London, 12 iyun, AZƏRTAC
Böyük Britaniyada hökumətin müdafiə xərcləri planı ətrafında yaranan narazılıq iki yüksəkvəzifəli rəsmisinin istefası ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri Con Hilinin ardından silahlı qüvvələr naziri Al Karns da vəzifəsindən getdiyini bəyan edib. Karns istefa məktubunda bildirib ki, hökumət silahlı qüvvələrdən getdikcə daha təhlükəli dünyada fəaliyyət göstərməyi tələb edir, lakin bunun üçün ayrılan büdcə daha sakit dövrlərin reallıqlarına uyğun hazırlanıb.
Con Hili isə Baş nazir Kir Starmerə ünvanladığı məktubda qarşıdan gələn müdafiə investisiyası planının ölkənin və müdafiə sektorunun üzləşdiyi təhlükələrə adekvat cavab vermədiyini bildirərək vəzifəsindən ayrıldığını açıqlamışdı.
Dauninq Stritin məlumatına görə, təhlükəsizlik naziri Den Carvis yeni müdafiə naziri təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]