Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib
Vaşinqton, 11 iyun, AZƏRTAC
Pentaqonda təhlükəli maddə sızıntısı ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib.
AZƏRTAC-ın məlumatına görə, Pentaqon Baş Sözçüsü Şon Parnell səhər tezdən əməkdaşlara potensial hava keyfiyyəti problemi barədə məlumat verildiyini, dərhal təhlükəsizlik tədbirləri və qiymətləndirmə aparıldığını açıqlayıb.
“Sonrakı sınaqlar heç bir təhlükənin olmadığını təsdiqlədi və normal əməliyyatlar bərpa olundu”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saatlarında ABŞ-nin Müharibə Departamentinin binasında təhlükəli maddələrlə bağlı insident baş verdiyi, Pentaqonun içərisindəki bir neçə mərtəbə və dəhlizin bağlandığı bildirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]