REGİONLAR
Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib
![](/files/galleryphoto/2024/2/1200x630/17172407554019737899_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172407555054958089_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717240755172115644_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172407554188330099_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717240755396354845_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172407554998813180_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172407555498332568_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172407551092957725_1200x630.jpg)
Naftalan, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naftalanda şəhid və qazi övladları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid və qazi övladları ilə görüşərək onları bayram münasibətilə təbrik ediblər.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin uğurla aparıldığını vurğulayıb.
Milli Məclisin deputatı Anar Məmmədov uşaqların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratdığını vurğulayıb.
Tədbirdə uşaqlara hədiyyələr verilib.
Sonda valideynlər daim qayğı ilə əhatə olunduqlarına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Təşkil olunan görüşün uşaqların sevincinə səbəb olduğunu qeyd ediblər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir V.Namazov adına Körpələr evi-Uşaq bağçasında davam edib.
Azyaşlıların hazırladıqları mahnı və rəqs nümunələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.