Naftalanda ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub
Naftalan, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anım gününün 17-ci ildönümü Naftalanda da qeyd olunub. Tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının, icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Anım tədbiri videokonfrans formatında davam etdirilib. Konfransı açan Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və siyasi kursunun həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən, Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbədən ətraflı danışıb.
Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən söz açıblar.