Naftalanlı seçicilər beş məntəqədə 10 namizəd arasında seçim edirlər
Naftalan, 9 fevral, Rauf Hacıyev, AZƏRTAC
Fevralın 9-da səhər saatlarından başlayaraq Naftalan sakinləri ölkə əhəmiyyətli kampaniyada - Milli Məclisə seçkilərdə iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 96 saylı Goranboy - Naftalan seçki dairəsinin Naftalan şəhəri üzrə 5 seçki məntəqəsi mövcuddur.
Naftalan üzrə səsvermə hüququ olan vətəndaşların sayı 4924 nəfərdir.
İki seçki məntəqəsində veb-kamera quraşdırılıb. Naftalan şəhəri üzrə Milli Məclisə 1 deputat seçiləcək. 96 saylı Goranboy - Naftalan seçki dairəsi üzrə 10 namizəd mübarizə aparır.