İQTİSADİYYAT
“Nar-CityNet” “WhatsApp” müştəri xidmətini istifadəyə verib
Bakı, 5 avqust, AZƏRTAC
“Nar-CityNet” “WhatsApp” müştəri xidmətini istifadəyə verib.
“Nar”dan AZƏRTAC-a bildirilib ki, “Nar-CityNet” abunəçiləri öz sual və təkliflərini “WhatsApp” vasitəsilə yaza bilərlər. “Nar-CityNet”in xidmətləri haqqında, eləcə də qoşulma, texniki dəstək və digər suallarla bağlı məlumat əldə etmək üçün “WhatsApp” üzərindən (077) 537 77 77 nömrəsinə yazmaq olar. Bununla yanaşı, “Nar-CityNet” Çağrı Mərkəzi də müştərilərə xidmət etməyə davam edəcək. Bunun üçün *1177 və (012) 537 7777 nömrələri ilə əlaqə saxlamaq mümkündür.
“Nar-CityNet” Bakı və Abşeron yarımadası ərazisində FTTB (Fiber to the Building – Bina üçün fiber-optik) və ADSL (Asymmetric Digital Subscriber Line – Asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyaları əsasında yüksək sürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.
“Nar-CityNet” haqqında daha ətraflı məlumatı www.narcitynet.az saytından almaq olar.