“Nar Mobile” şirkətinin əməkdaşları “Heydər zirvəsi”nə yürüşdə iştirak etmişlər
Bakı, 11 may (AZƏRTAC). “Nar Mobile” şirkətinin kommunikasiya dəstəyi, Aktiv Media Ekstremal Klubunun təşkilatçılığı ilə bir qrup jurnalist və şirkət nümayəndəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüşdə iştirak etmişlər.
“Azerfon”un baş icraçı direktoru Yurgen Pitz AZƏRTAC-a bildirmişdir ki, Azərbaycanda informasiya -kommunikasiya texnologiyaları sektorunun sürətli inkişafının təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu sahədə mobil rabitə aparıcı rola malikdir. Yürüş iştirakçıları səfər müddətində məhz “Nar Mobile” şəbəkəsindən istifadə edərək öz yaxınları ilə dəfələrlə rabitə əlaqəsi yaratmışlar.
“Heydər zirvəsi”nin hündürlüyü 3 min 751 metrdir. Sözügedən zirvə ilk dəfə 1998-ci ildə ulu öndər Heydər Əliyevin 75 illiyi münasibətilə fəth olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]