“NAR MOBİLE” YENİ YAY KAMPANİYASINA BAŞLAMIŞDIR
“Azerfon” MMC (Nar Mobile ticarət nişanı) iyunun 1-dən etibarən yeni yay kampaniyasına başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, bütün “Nar Mobile” öncədən ödənişli tarif planlarının (Həvəskar, Xoş Xəbər, Rəngarəng Zövqlər, Məqsədə Doğru) abunəçiləri yeni kampaniyadan yararlana bilərlər.
Aksiyanın şərtlərinə əsasən yay mövsümündə balansını artırmış hər bir abunəçi ölkə daxilində bütün istiqamətlərə 525 pulsuz dəqiqə, 50 SMS və 50 MMS-ə qədər bonus əldə etmək imkanı qazanacaqlar.
Abunəçi balansı bir neçə dəfə artırdığı halda bütün pulsuz dəqiqələr, SMS və MMS-lər cəmlənir. Tarif planı dəyişdirildikdə belə, “Bonus mövsümü” aksiyası çərçivəsində əldə olunan bonuslar olduğu kimi qalır.
Abunəçilər balansın artırılma üsulundan asılı olmayaraq aksiya çərçivəsində bonuslar əldə edəcəklər. Hər balans artırılmasından sonra abunəçiyə əldə etdiyi bonuslar haqqında bildiriş mesajı göndəriləcəkdir. Abunəçi istənilən an *777#20#Yes sorğusunu yığmaqla bonusların mövcud statusunu öyrənə bilər.
Qeyd edək ki, hazırda “Bonus mövsümü” ilə yanaşı abunəçilər “Pul yağışı” aksiyası çərçivəsində daxil olan zənglər üçün də bonuslar əldə edirlər. Beləliklə, “Nar Mobile” abunəçiləri həm balansı artıran zaman, həm də, balansı xərcləyən zaman bonus əldə etmiş olurlar.