NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2002-ci ilin on ayı ərzində respublikamızın ərazisində narkotiklərlə bağlı 1940 cinayət faktı qeydə alınmışdır.
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 74 kiloqram 941 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 2 kiloqram 187 qram heroin, 5 kiloqram 922 qram tiryək, 4 kiloqram 859 qram həşiş, 44 kiloqram 334 qram marixuana, 2 kiloqram xaşxaş, 500 ədəd/750 qram/ güclü təsiredici həb, 13 kiloqram 521,3 qram sirkə anhidridi götürülmüşdür.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə, daxilolma mənbələrinin aşkar edilməsinə qarşı mübarizəyə yönəltmişlər ki, bu da öz müsbət nəticəsini verir.
Ötən on ayda bu növ cinayətlər törətmiş 28 xarici vətəndaş məsuliyyətə cəlb olunmuş, onlardan 5 kiloqrama yaxın müxtəlif narkotik vasitələr götürülmüşdür. Yaxalanmış əcnəbilərdən 13-ü İran, 7-si Rusiya, 6-sı Gürcüstan, 1-i Ukrayna, 1 nəfəri isə Əlcəzair vətəndaşıdır.
Həmin müddətdə 390 hektar sahədə qanunsuz əkilmiş və yabanı halda bitmiş 501 ton 414 kiloqram narkotik xassəli bitkilər aşkar edilərək məhv olunmuşdur. Respublika ərazisində “Xaşxaş-2002” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktika tədbirləri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]