NATONUN ANTİTERROR ƏMƏLİYYATINA MƏRAKEŞ DƏ QOŞULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Mərakeşin hökuməti öz ölkəsinin Aralıq dənizində NATO-nun antiterror proqramına qoşulmasına razılıq vermişdir. Beləliklə, Mərakeş Şimali Atlantika Alyansı ilə bu istiqamətdə əməkdaşlıq etməyə başlayan ilk Afrika ölkəsi olmuşdur.
NATO-nun Baş katibi Yaap de Hoop Sxefferin dediyinə görə, Mərakeş hökumətinin qərarı onun terror təhlükəsinə birlikdə müqavimət göstərməyə çalışdığını göstərir.
Terror təhlükəsinin qarşısını almaq məqsədi ilə Aralıq dənizinin suüstü və havadan keşiyinin çəkilməsinə dair NATO proqramı 2001-ci ilin sentyabrında terrorçuların ABŞ-a hücumlarından sonra həyata keçirilməyə başlamışdır.
NATO gəmiləri sentyabrın 11-də baş vermiş terror aktlarından bir ay sonra Aralıq dənizinin şərq hissəsinin keşiyini çəkməyə başlamışdır. Onlar bu rayonda yüklərin daşınmasına nəzarət edir, habelə Cəbbəlütariqdən mülki gəmilərin keçməsini müşayiət edir.
NATO üzvü olan ölkələrdən əlavə, Rusiya, Ukrayna və Albaniya da əməliyyatda iştirak edirlər. Rusiya və Ukrayna öz gəmilərini Aralıq dənizinə göndərmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]