“NAXÇIVAN-AQROLİZİNQ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN İNZİBATİ BİNASI, ANBARLARI VƏ TEXNİKİ PARKI İSTİFADƏYƏ VERİLMİŞDİR
Naxçıvan, 5 aprel (AZƏRTAC). “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin inzibati binası, anbarları və texniki parkı istifadəyə verilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov obyektlərin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Aqrolizinq xidməti muxtar respublikada çox vacib sahələrdən biridir. Bölgə əhalisinin 70 faizi kənd təsərrüfatında çalışdığından bu sahəyə daim diqqət, qayğı tələb olunur. Təsadüfi deyildir ki, hələ sovetlər birliyi zamanında ulu öndərimiz Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün xüsusi dövlət proqramları qəbul etdirirdi. Regionlaşma prinsipi əsasında Azərbaycanda müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdirilib Sovet İttifaqının müxtəlif şəhərlərinə göndərilirdi. Artıq Azərbaycan müstəqil dövlətdir. Birinci növbədə özü-özünü ərzaqla təmin etməlidir. Tələbatdan artıq məhsul isə ixrac olunmalıdır. Bunun üçün kənd təsərrüfatı inkişaf etdirilməlidir. Kənd təsərrüfatında isə işlərin düzgün qurulması xeyli dərəcədə aqrolizinq xidmətinin təşkilindən asılıdır.
Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycanda aqrolizinq xidməti yaradılmış, yeni, müasir texnikanın güzəştli qiymətlərlə alınıb torpaq mülkiyyətçilərinə, fermerlərə lizinqə verilməsinə, fermerlər sinfinin formalaşmasına, kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət artırılmışdır. İndiyə kimi 479 ədəd texnika gətirilmiş, ondan 235-i lizinq yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmişdir. Onlar, həmçinin 50 faiz güzəştlə 18 min 768 ton mineral gübrə almışlar. Bundan başqa, ötən il və cari ilin üç ayında fermerlərə 338 ton yüksək reproduksiyalı buğda toxumu 50 faiz güzəştlə satılmış, 2009-cu ildə 50 baş damazlıq mal-qara gətirilərək lizinqə verilmişdir. Bu yaxınlarda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur və Culfa rayon filialları üçün də yeni inzibati bina və texniki park istifadəyə veriləcəkdir.
Sonra cəmiyyətin anbarlarına, təmir sexinə, texniki parkına və inzibati binasına baxış olmuşdur.
######
![]() |
![]() |

