NAXÇIVAN MR-DƏ TORPAQ İSLAHATI VƏ BÖLGƏNİN İNKİŞAF PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədri Qərib Məmmədovla, Milli Məclisin deputatları Əli Əlirzayev, Səyyad Aran və Vüqar Rəhimzadə ilə görüşündə Muxtar Respublikada torpaq islahatı, blokada şəraitində olan diyarın inkişaf problemləri, habelə avqustun 24-də keçiriləcək referendum barədə ətraflı söhbət aparılmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi ilə görüş olmuşdur. Naxçıvan MR-də torpaq islahatının həyata keçirilməsi, torpaq ehtiyatlarından istifadəyə nəzarətin təşkili ilə bağlı müzakirələr aparılmış, torpaq islahatının birinci mərhələsinin başa çatdırıldığı vurğulanmış, gələcəkdə görüləcək işlərin istiqamətləri dəqiqləşdirilmişdir. Rayonlararası mərkəzləşdirilmiş kompüter şəbəkəsinin yaradılması, geodeziya şəbəkəsinin formalaşdırılması ilə bağlı təkliflər dinlənilmişdir. Qərib Məmmədov qaldırılan məsələlərin tezliklə həlli üçün metodiki və əməli köməklik göstəriləcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]