NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU YENİ DƏRS İLİNƏ HAZIRDIR
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru Sadıq Vəliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 50 nəfər pedaqoji kadrın çalışdığı institutumuzda “Riyaziyyat və informatika kafedrası” yeni dərs ilindən “Ali riyaziyyat və informatika kafedrası” və “Riyaziyyat və tədrisin metodikası kafedrası” kimi fəaliyyət göstərəcəkdir. Hazırda burada “İbtidai təhsilin pedaqogika və metodikası”, “Məktəbəqədər təhsilin pedaqogika və metodikası“, “Riyaziyyat və informatika”, “Pedaqogika və psixologiya”, “Defektologiya” ixtisasları üzrə kadrlar hazırlanır. Yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, məzunlarımızın işlə təminatı da diqqət mərkəzində saxlanılır.
Bu il institut üçün ayrılmış 135 yerin hamısı qəbul imtahanlarının birinci mərhələsində tutulmuşdur.
Sentyabrın 15-də təhsil ocağında “Bilik günü” qeyd olunacaq, birinci kurs tələbələri ulu öndərimiz Heydər Əliyevin Əcəmi seyrangahındakı büstünü ziyarət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]