Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 18 iyul (AZƏRTAC). İyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə təhsilin inkişafını, ixtisaslı kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamış, Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qalxmışdır. Bu gün Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında Ümummilli Liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası uğurla həyata keçirilir.

Ulu Öndərin “Təhsil millətin gələcəyidir” fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, hər bir müstəqil dövlətin gələcəyi təhsilin inkişafından asılıdır. Təhsilin əsas məqsədi gənclərə düzgün qərarlar qəbul etmək sənətini öyrətməkdir. Çünki düzgün qərarlar qəbul etməklə insanlar şəxsiyyətə, ölkələr isə qüdrətli dövlətə çevrilirlər. Bütün bunlar da təhsil sahəsində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını və qarşıda duran vəzifələrin ardıcıl şəkildə icra olunmasını tələb edir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, iqtisadiyyat və sənaye naziri Famil Seyidov, rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli və Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev müşavirədə çıxış ediblər.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva müzakirə olunan məsələ ilə bağlı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq deyib: Muxtar respublikada təhsilin inkişafına daim üstün istiqamət verilir. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunur. Buna baxmayaraq işdə bir sıra nöqsanlara da yol verilir. Aparılmış yoxlamalar göstərir ki, təhsil müəssisələri yaradılmış şəraitdən lazımi səviyyədə istifadə edə bilmirlər. Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tədris prosesinin qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun qurulmasını təmin etməlidirlər.

Mövcud yüksək maddi-texniki baza elektron təhsilin təşkili üçün əlverişli şərait yaradıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılmasını yeni dərs ilinə qədər başa çatdırmalıdır. Təhsil müəssisələri elektron təhsilin imkanlarından düzgün istifadəyə diqqəti artırmalıdırlar.

Muxtar respublikada optik şəbəkənin genişləndirilməsi digər sahələrdə olduğu kimi, təhsildə də internetdən istifadəyə əlverişli şərait yaradıb. Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri internetdən səmərəli istifadəyə nail olmalıdır.

Ali Məclisin Sədri muxtar respublikanın ali məktəblərində təhsilin kredit sistemi ilə təşkilinin əsasən başa çatdığını bildirərək tapşırıb ki, Təhsil və Səhiyyə nazirlikləri növbəti dərs ilindən orta ixtisas təhsili müəssisələrində təhsilin kredit sistemi ilə təşkilinə keçidi təmin etməli, yeni təlim üsullarının mənimsənilməsi üçün seminarlar keçirilməli, müəllimlər ixtisasartırma kurslarına cəlb olunmalıdırlar.

Ali Məclisin Sədri daha sonra deyib: Ali təhsil müəssisələri bakalavr hazırlığı ilə yanaşı, eyni zamanda, elmi dərəcəli kadrların hazırlanmasına da diqqəti artırmalıdır. Muxtar respublikanın elm və təhsil müəssisələrinin elmi kadrlara olan tələbatını ödəmək üçün müvafiq ixtisaslar üzrə magistr hazırlığına daha məsuliyyətlə yanaşmaq lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti elmi dərəcəli kadrların hazırlanmasına diqqəti artırmalı, gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi səviyyəsini yüksəltməlidirlər. Dissertasiya şuralarında müdafiə olunan elmi işlərin keyfiyyəti artırılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi elmin istehsalata tətbiqinə nail olmalı, muxtar respublikada elmin iqtisadi səmərə verməsi və gəlir gətirən sahəyə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görməlidir. Ali, orta ixtisas və ümumtəhsil məktəbləri arasında, eləcə də təhsil müəssisələri ilə müvafiq dövlət strukturları arasında səmərəli əlaqə yaradılmalıdır. Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri müştərək elmi tədbirlərin keçirilməsinə nail olmalı, müasir texnologiyalardan istifadə etməklə birgə dərslər təşkil etməlidirlər. Tədris və istehsalat təcrübələrinin keçirilməsində muxtar respublikanın müvafiq müəssisələrinin bazasından və imkanlarından səmərəli istifadə olunmalıdır. Təhsil müəssisələrində xarici dillərin tədrisi səviyyəsinə nəzarət gücləndirilməli, istedadlı şagirdlərin və tələbələrin üzə çıxarılması məqsədilə zəruri tədbirlər görülməli və onlar üçün lazımi şəraitin yaradılmasına diqqət artırılmalıdır.

Elmi tədqiqat işlərinin əhatə dairəsinin genişləndirilməsi və elmi dünyagörüşün artırılması məqsədilə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, ali və orta ixtisas təhsili müəssisələri mütaliə mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirməli, müəllim, tələbə və şagirdlərin elektron və ənənəvi kitabxanaların imkanlarından düzgün istifadəsini təmin etməlidir.

Təhsil müəssisələrində şagird və tələbələrin vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə edilməsinə, onların fiziki cəhətdən sağlam böyüməsi üçün bədən tərbiyəsi və idman dərslərinin təşkilinə, müəllim, şagird və tələbələrin dərsə davamiyyətinə, nizam-intizama əməl etmələrinə nəzarət artırılmalıdır.

Müşavirədə digər orqanlara da konkret tapşırıqlar verilib və qeyd olunub ki, İqtisadiyyat və Sənaye Nazirliyi təhsil müəssisələrinin geyim formalarına olan tələbatını müəyyənləşdirməli, qəbul edilmiş formada şagird, tələbə və müəllimlər üçün keyfiyyətli parçadan geyim dəstlərinin hazırlanmasını, yarmarkalarda və kəndlərdəki xidmət mərkəzlərində münasib qiymətə satışını təşkil etməlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli, tələbə və müəllim geyim formalarının, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılmasına nəzarəti artırmalıdır. Valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş aztəminatlı və ya sağlam¬lıq imkanları məhdud uşaqların məktəbli ləvazimatları ilə təminatı diqqət mərkəzində saxlanılmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bu kateqoriyadan olan uşaqları pulsuz məktəbli geyimləri və ləvazimatları ilə təmin etməlidir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə, İqtisadiyyat və Sənaye nazirlikləri təhsil müəssisə¬lərində sağlamlıq, iaşə və məişət xidmətlərinin təşkilini və sanitariya-gigiyena normalarına əməl olunmasını daim nəzarətdə saxlamalıdır. Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri təhsil, o cümlədən məktəbəqədər tərbiyə müəssisələrinin yeməkxanalarına alınan ərzağın keyfiyyətini müntəzəm nəzarətdə saxlamalı, onların yerli məhsullarla təminatına diqqəti artırmalıdır. Muxtar respublikada müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, texnologiyanın inkişafı, yeni peşələrin meydana gəlməsi ixtisaslı kadrlara olan tələbatı da artırıb. Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə peşə təhsili üzrə kadr hazırlığını əmək bazarında tələbat nəzərə alınmaqla aparmalı, buna uyğun kurslar yaradılmalıdır.

Ali Məclisin Sədri qeyd olunan tapşırıqların icra üçün nəzarətə götürülməsinin, daxili nizam-intizamın diqqət mərkəzində saxlanılmasının, dərsə davamiyyət və təhsilin səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini bildirib, qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağışlı hava şəraiti sabah da davam edəcək

Baş prokuror: Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb