Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda elmi konfrans keçirilib

Naxçıvan, 7 iyun, AZƏRTAC

İyunun 7-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, məlum olduğu kimi, ötən ilin dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Həmin Sərəncamda Naxçıvanın keçdiyi tarixi inkişaf yolu göstərilməklə bərabər, ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında oynadığı rol da geniş təhlil edilib. Sərəncamda qeyd olunduğu kimi, tarixin müxtəlif mərhələlərində ölkəmizin qeyd olunan inkişaf sahələrində Naxçıvan özünəməxsus mövqeyə və əhəmiyyətə malik olub.

İsmayıl Hacıyev bildirib ki, Naxçıvanın inkişafında Ulu Öndərin mühüm xidmətləri olub. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Naxçıvanın hərtərəfli inkişafına diqqət yetirilib və Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına Naxçıvandan başlanıb. Məhz Ulu Öndərin həyat fəaliyyətinin Naxçıvan dövrü, bütövlükdə müstəqil Azərbaycanın taleyüklü dövrünü əhatə edir. Dahi rəhbərin həmin illərdə qəbul etdiyi tarixi qərarlar Azərbaycanın gələcək inkişafına, mədəni-tarixi dəyərlərimizin yaşadılmasına, daha da möhkəmləndirilməsinə hesablanmış mühüm addımlar idi.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov konfransda iştirak edən elm adamlarını doğma Naxçıvanda gördüyündən məmnunluğunu ifadə edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. Məhz bu gün keçirilən konfrans da həmin silsilənin davamıdır. Şübhəsiz ki, Naxçıvan Muxtar Respublikası barədə danışarkən hər kəsin ağlına ilk öncə Ulu Öndərin misilsiz xidmətləri gəlir. Ötən ilin ortalarından Naxçıvanın yeni inkişaf mərhələsi ilə bağlı çox ciddi prioritet istiqamətlər müəyyən edilib. Belə ki, Prezidentin muxtar respublikanın inkişafı istiqamətində həyata keçirdiyi işlər Naxçıvanın aqrar sənaye inkişafı, logistik potensialının yerli səviyyədən regional səviyyəyə qaldırılması, “yaşıl enerji” potensialının yüksəldilməsi və turizm potensialının inkişaf etdirilməsidir. Naxçıvanın logistik potensialının inkişafı muxtar respublikanın yalnız yerli yox, o cümlədən Zəngəzur dəhlizinin açılması Şərq-Qərb dəhlizinin və ümumilikdə, kontinentin logistik marşrutlarının yenidən formalaşdırılması olduqca əhəmiyyətlidir. Tranzit dəhlizlərin ölkəmizdən keçməsi, o cümlədən perspektivdə Naxçıvan Muxtar Respublikasından keçməsi yalnız iqtisadi səmərə yox, gələcəyin təhlükəsizliyi və əhalinin rifahı ilə nəticələnəcək.

Ceyhun Cəlilov diqqətə çatdırıb ki, Prezidentin Naxçıvanın perspektivi barədə müəyyən etdiyi digər istiqamət isə “yaşıl enerji” ilə bağlı potensialıdır. Artıq ötən bir il ərzində bir çox anlaşma memorandumları imzalanmış, Naxçıvanın günəş və külək enerjisi resurslarının ixrac potensialı ilə bağlı bir çox məsələlər müəyyən edilmişdir. Yaxın günlərdə ölkə və Naxçıvan ictimaiyyəti mühüm tədbirlərin şahidi olacaqdır. Sözsüz ki, qeyd olunan istiqamətlər, ümumilikdə, Naxçıvanın yaxın və uzaq gələcəyinin perspektivlərini müəyyən edir.

Baş nazir vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” 11 prioritet istiqaməti müəyyən edir. Bu perspektiv üzrə konkret tədbirlər və nəzərdə tutulan layihələrlə bağlı tapşırıqlar artıq müəyyən edilib. Həmin prioritetlərə nəzər salsaq birinci məqam Naxçıvanda əlverişli biznes mühitinin formalaşdırılması, institusional inkişafın həyata keçirilməsi, infrastrukturla bağlı məsələlər, o cümlədən vacib məqam olan kadr potensialının gücləndirilməsi, turizm, səhiyyə, sosial, kənd təsərrüfatı və digər sahələrlə bağlı geniş tədbirlərin həyata keçirilməsidir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Muxtar Respublikasının 100 ilinin yarıdan çoxu Ulu Öndərimizin fəaliyyəti ilə bağlıdır. Bu gün Naxçıvan, sözün əsl mənasında, yeni mərhələdə özünün fərqli inkişaf dövrünü yaşayır. Bu inkişaf dövrünün şahidləri isə bizlərik. Ulu Öndərimizin Azərbaycan haqqında, Naxçıvan haqqında arzuları, planları onun layiqli davamçısı, dövlət başçısı tərəfindən uğurla reallaşdırılır. Ölkə başçısının Naxçıvanın çiçəklənməsi uğrunda mühüm qərarlarından biri də muxtar respublikada müasir idarəetmə sisteminin tətbiq olunmasıdır.

Konfransda AMEA-nın prezidenti İsa Həbibbəyli “Naxçıvan Muxtar Respublikasının inkişafı: tarix və müasirlik” mövzusunda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamını Naxçıvan Muxtar Respublikasına göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Qeyd olunub ki, həmin Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir. Bu qayğı Naxçıvanın yeni dövr inkişafını istiqamətləndirir, onun sabahını daha aydın təsəvvür etməyə imkan verir. Bu gün keçirilən elmi konfransın mühüm əhəmiyyət kəsb etdiyini deyən akademik İsa Həbibbəyli özünün yeni dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının gələcək perspektivlərindən danışıb.

Sonra Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru Famil Mustafayevin “Naxçıvan Muxtar Respublikasının elmi müəssisə, təşkilat, ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması: uğurlar, nailiyyətlər”, Türkiyə Cümhuriyyəti Milli Savunma Universitetinin Kara Harp Okulu dekanı, tarix elmləri doktoru, professor İbrahim Ethem Atnurun “Naxçıvan Muxtar Respublikası yetirmələrinin fizika sahəsində əldə etdiyi nailiyyətlər”, Qars Qafqaz Universiteti, tarix elmləri doktoru, professor Selçuk Uralın “Azərbaycanın bağımsızlık sürəcində Naxçıvandakı gəlişmələr” mövzularında çıxışları dinlənilib.

“Naxçıvan Muxtar Respublikası-100” sənədli televiziya filminə baxış olub, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin xalq çalğı alətləri orkestrinin konserti nümayiş etdirilib və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir qrup elm adamına Ali Attestasiya Komissiyasının sədri tərəfindən diplomlar təqdim edilib.

Konfrans bölmə iclasları ilə davam edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO