NAXÇIVANDA ƏL İŞLƏRİ SƏRGİ-SATIŞ MƏRKƏZİ AÇILMIŞDIR
İyunun 24-də Naxçıvan şəhərində əl işləri sərgi-satış mərkəzinin açılışı olmuşdur. Burada Muxtar Respublikanın yaradıcılıq təşkilatlarının, fiziki şəxslərin təqdim etdikləri 300-ə yaxın müxtəlif əl işləri nümayiş etdirilir.
Eksponatlar arasında Naxçıvan Xanım Qızlar Pansionatı müəllim və şagirdlərinin əl işləri, məktəblilərin hazırladıqları oyuncaqlar, xalçalar, məişət əşyaları, bəzək - tikmə nümunələri də vardır.
Muxtar Respublika Rəssamlar Birliyinin sərgi-satış mərkəzinə təqdim etdiyi rəsm əsərləri, Ordubaddakı “Nicat” kiçik müəssisəsində toxunmuş “Şadman”, “Firuzə”, “Buta”, “Naxış” xalçaları sənətkarlıq xüsusiyyətləri və keyfiyyəti ilə seçilir.
Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov sərgi-satış mərkəzinin açılışında iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]