Naxçıvanda irsi qan xəstəliyi olan uşaqlar üçün qanvermə aksiyası keçirilib
Naxçıvan, 1 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Xəstəxanasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar irsi qan xəstəliyi olan uşaqlar üçün qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi qanvermə aksiyası muxtar respublikada yaşayan hemofiliya, talassemiya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyıb.
Könüllülər qanvermədən əvvəl tibbi müayinələrdən keçirilib, donorlardan qan nümunələri götürülüb.
Ümumilikdə, 23 nəfərdən 11,5 litr qan toplanılıb və xəstəxananın qan bankına təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:55]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [19:48]
Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib
- 28.05.2026 [18:45]
Cəlilabadda 18 yaşlı gənc suda boğulub
- 28.05.2026 [17:17]
“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb
- 28.05.2026 [17:09]
Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO
- 28.05.2026 [12:20]