Naxçıvanda keçirilən növbəti iməciliklərdə yaşıllıqlara qulluq göstərilmişdir
Naxçıvan, 10 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, ümümmilli lider Heydər Əliyevin anadan olmasının 88- ci ildönümü ərəfəsində - mayın 7-də Naxçıvan Muxtar Respublikasında (MR) keçirilən iməciliklər öz mütəşəkkilliyi ilə fərqlənmişdir.
Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Dini Mədəni Abidə Kompleksinin yaxınlığında keçirilən iməcilikdə iştirak etmişlər. Ötən iməciliklər zamanı həmin ərazidə 2 min ərik, badam, iydə və digər meyvə tingləri əkilmiş, yeni meyvə bağı salınmışdir. Tədbir iştirakçıları yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərmiş, tingləri suvarmışlar.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, aqrotexniki becərmə tədbirlərinin davam etdirilməsi barədə tapşırıq vermişdir.
Qeyd edək ki, həmin ərazidə 1 hektar üzüm bağı da salınmışdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]