Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili diqqət mərkəzindədir

Naxçıvanda mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili diqqət mərkəzindədir

Naxçıvan, 22 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli tədbirdə muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətləri barədə danışıb.

Ülvi Hüseynli deyib ki, dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətləri üçün lazımi şərait yaradılıb, əməkdaşlar iş otaqları, avadanlıqlar və sürətli internetlə təmin olunublar. Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının internet saytları istifadəyə verilib ki, bu da işin daha səmərəli təşkilinə imkan yaradır. Lakin bəzi mətbuat xidmətləri fəaliyyətlərini yaradılan şəraitə uyğun qura bilməyib, mərkəzi icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində informasiya-məlumatlandırma işini lazımi səviyyədə təşkil etməyiblər. Hazırda muxtar respublikanın 32 mərkəzi icra hakimiyyəti orqanında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsi vardır. Onlardan 11-də - Nazirlər Kabinetində, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Rabitə və Yeni Texnologiyalar nazirliklərində, Dövlət Energetika Xidmətində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatında və “Naxçıvanqaz” İstehsalat Birliyində mətbuat xidmətləri vəzifələri vakantdır.

“Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri tərəfindən təqdim edilən materiallar təhlil edilib. Aydın olub ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Səhiyyə və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətləri fəaliyyətlərini muxtar respublikanın kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində qurublar”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri qeyd edib ki, adıçəkilən dövlət qurumlarının mətbuat xidmətləri tərəfindən qəzet və televiziyalara peşəkar arayış və hesabatlar təqdim edilir, müsahibələr verilir, həmin əməkdaşlar təşkilatın fəaliyyəti barədə veriliş və məqalələrin hazırlanmasında yaxından iştirak edirlər.

Muxtar respublikanın digər mərkəzi icra hakimiyyəti orqanlarının - Ali Məhkəmənin, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Təhsil nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ali Məclisin Sədri yanında Dövlət Qulluğu üzrə Komissiyanın, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətləri isə fəaliyyətlərini kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində qura bilmirlər. Görülən işlər haqqında teleradio və qəzetlərdə, eləcə də təşkilatların öz internet saytlarında operativ məlumatlar verilmir. Bunun əsas səbəbi bəzi orqanlarda mətbuat xidmətləri vəzifələrinin vakant olması, bəzi orqanlarda isə bu vəzifəni tutan şəxslərin qeyri-peşəkar fəaliyyətləridir.

Diqqətə çatdırılıb ki, 2017-ci ildə və 2018-ci ilin ötən dövründə mərkəzi icra hakimiyyətlərinin mətbuat xidmətləri tərəfindən “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, ümumilikdə, 1538 material təqdim edilib. Onun da 815-i və ya 52 faizi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Səhiyyə və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, yəni 7 orqanın mətbuat xidmətlərinin payına düşür. Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçiləri və digər əməkdaşları teleradiolarda 2097 verilişin hazırlanmasında iştirak və çıxış ediblər ki, onlardan da 1196-sı və ya 57 faizi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Səhiyyə və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətlərinin payına düşür.

Qeyd olunub ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların tətbiqi və sürətli internetə çıxış imkanlarının yaradılması, mərkəzi icra hakimiyyəti orqanlarının internet səhifələrinin hazırlanaraq qlobal şəbəkədə yerləşdirilməsi informasiya-məlumatlandırma işini müasir dövrün tələblərinə uyğun təşkil etməyə imkan verir. Lakin mərkəzi icra hakimiyyəti orqanlarının internet saytlarının monitorinqi aparılarkən aydın oldu ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Ali Məhkəmənin, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Ali Məclisin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Dövlət Miqrasiya Xidmətinin saytlarından başqa, digər 25 dövlət orqanının internet saytlarında məlumat və informasiyaların yerləşdirilməsi üçün ayrıca bölmələr yoxdur. Bu səbəbdən də həmin internet saytları mütəmadi yenilənmir və informasiya yükü artırılmır, həmin orqanların fəaliyyəti haqqında saytlarda heç bir məlumat verilmir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev “İnformasiya əldə etmək haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən ictimaiyyətə açıq olan informasiyalar və dövlət sirri hesab edilən məlumatlar haqqında bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək deyib ki, 2005-ci il mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə mərkəzi icra hakimiyyəti orqanlarında “mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi” ştatı təsis olunub, orqanların mətbuat və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərinin təşkili bu sahələr üzrə məsul əməkdaşlara həvalə edilib. Bununla yanaşı, ictimaiyyətin vaxtında və düzgün məlumatlandırılması işi də diqqətdə saxlanılıb, mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet saytları yaradılıb. Lakin muxtar respublikanın bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri informasiya siyasətini düzgün qura bilmirlər. Əksər mərkəzi icra hakimiyyəti orqanları mətbuatla işə səthi yanaşırlar. Araşdırmalar zamanı məlum olub ki, mətbuat xidmətlərində çalışan əməkdaşların böyük bir qismi qeyri­peşəkardır. Digər nöqsan isə orqanların rəhbərləri tərəfindən mətbuat xidmətlərinin fəaliyyətinin ikinci plana keçirilməsi və tələbkarlığın istənilən səviyyədə olmamasıdır.

Ali Məclis Sədrinin tapşırıqlarını çatdıran Aparat rəhbəri deyib ki, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçiləri fəaliyyətlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi ilə uzlaşdırmalıdır. Mətbuatla əlaqələr üzrə məsul şəxslər mövcud qanunvericiliyi öyrənməli və fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya test mərhələsindən sonra mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifəyə namizədlərin peşə vərdişinin yoxlanmasını (esse imtahanı) təşkil etməli, yaradıcılıq qabiliyyəti olan əməkdaşlar işə qəbul olunmalıdırlar. Hazırda fəaliyyət göstərən mətbuat xidmətlərinin əməkdaşlarının isə bir ay ərzində attestasiyası aparılmalıdır. Komissiya Ali Məclis Aparatının müvafiq şöbəsi ilə birlikdə orqanların mətbuat xidmətləri əməkdaşlarının peşə vərdişlərinin təkmilləşdirilməsi üçün mütəxəssislərin iştirakı ilə seminar və kurslar keçirməlidir.

Dövlət orqanlarının internet saytlarının texniki imkanları və informasiya yükü artırılmalı, onlarda “Mətbuat xidməti” bölməsi yaradılmalıdır. Ali Məclis Aparatının müvafiq şöbəsi orqanların mətbuat xidmətlərinin fəaliyyətlərini təhlil etməli, aylıq və rüblük arayışlar hazırlamalı, həmin orqanların aparat rəhbərləri ilə birlikdə müzakirələr təşkil etməli, nöqsanlar aradan qaldırılmalıdır. Kütləvi informasiya vasitələrinə məlumatlar təqdim edilərkən dövlət orqanlarının fəaliyyət istiqamətinə uyğun açıq informasiyaların verilməsi əsas götürülməli, Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılan və ya dövlət sirri hesab edilən informasiyaların ictimailəşdirilməsinin qarşısı alınmalıdır.

Tədbirdə işini düzgün qura bilməyən dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarına - Ali Məhkəmənin, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Təhsil nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ali Məclisin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərinə xəbərdarlıq edilib və 3 ay vaxt verilib. Ali Məclisin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya isə tapşırılıb ki, növbəti imtahan vaxtını gözləmədən dövlət orqanlarındakı vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə qəbulla bağlı elan versin və imtahan keçirsin.

Həmçinin vurğulanıb ki, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına nail olunmalıdır. Ali Məclis Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi və dövlət orqanlarının aparat rəhbərləri mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili üçün məsuliyyət daşıyırlar. Onlar işlərində dönüş yaratmalı, fəaliyyətlərini muxtar respublika rəhbərinin verdiyi tapşırıqların icrası istiqamətində qurmalıdırlar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin www.din.nmr.az, Dövlət Gömrük Komitəsinin www.dgk.nmr.az, Dövlət Statistika Komitəsinin www.statistika.nmr.az və Dövlət Miqrasiya Xidmətinin www.miqrasiya.nakhchivan.az saytları nümunə kimi göstərilib.

Sonda tədbir iştirakçılarına mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisinin vəzifələri barədə hazırlanmış kitabça təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib