Naxçıvanda seçki komissiyasının üzvləri qanvermə aksiyasında iştirak ediblər
Naxçıvan, 30 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və muxtar respublikada fəaliyyət göstərən dairə-seçki komissiyasının əməkdaşları Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyasında iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qanvermə aksiyası zamanı donorların təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bu xeyirxah təşəbbüsə qoşulan kollektiv üzvlərinin hər biri müvafiq müayinələrdən keçirilib və qanvermə aksiyasında iştirakı təmin edilib. Aksiyada 20 nəfər iştirak edib, onlardan 10 litr qan tədarük edilib.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.