Naxçıvanda tənha ahıllara və aztəminatlı ailələrə ərzaq payı verilir
Naxçıvan, 14 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikada sosial qayğıya ehtiyacı olanlar - tənha ahıllar, aztəminatlı və çoxuşaqlı ailələr müəyyənləşdirilərək onlara ərzaq paylarının verilməsinə başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu çərçivədə Naxçıvan şəhərində 50 tənha ahıla və aztəminatlı ailəyə ərzaq payı verilib.
Tənha ahıllardan olan Naxçıvan şəhər sakini Mələk Rüstəmova ahıllara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu tədbirlər muxtar respublikanın rayonlarında da davam etdirilir.