Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan ailələrə sovqatlar təqdim olunub
Naxçıvan, 15 sentyabr, AZƏRTAC
Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması istiqamətində zəruri tədbirlər görülür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu tədbirlərin davamı olaraq muxtar respublikanın şəhər və rayonlarında yaşayan və sosial qayğıya ehtiyacı olan 320 ailəyə sovqatlar təqdim edilib.
Sakinlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildirib, bu kimi sosial tədbirləri muxtar respublikada insan amilinə verilən dəyərin növbəti təzahürü kimi dəyərləndiriblər.