Naxçıvanın “Turan” Döyüş Klubu LFC turnirinin qalibi olub
Naxçıvan, 28 aprel, AZƏRTAC
Sərhədçi İdman Mərkəzində Naxçıvanın “Turan” Döyüş Klubunun təsisçisi Xəyal Abdullayevin rəhbəri olduğu "LFC" təşkilatının növbəti yarışı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uşaqlar, yeniyetmələr, gənclər və yeniyetmələr arasında Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş MMA və qrapplinq idman növləri üzrə "Legion Fighting Championship - LFC" turnirində 52 klubdan 526 idmançı iştirak edib.
Yarışda Naxçıvanı “Turan” Döyüş Klubunun 30 idmançısı təmsil edib. İdmançılar həm MMA, həm də qrapplinq idman növlərində güclərini sınayıblar. Nəticədə klub 38 qızıl və 22 gümüş medalla turniri komanda hesabında birinci yerdə tamamlayaraq kuboka sahib çıxıb.
Müxbir-Nail Əsgərov