Nazir müavini iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolundan danışıb
Bakı, 5 dekabr, AZƏRTAC
Bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır. Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın səhiyyə nazirinin müavini İlqar Qasımov dekabrın 5-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O, iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunun vacibliyini vurğulayaraq onların bu işə töhfə verəcəyinə ümid etdiyini bildirib.“İqlim dəyişikliyi hazırda dünyanın üzləşdiyi qlobal problemlərdən biridir və bununla mübarizədə hər kəs əlindən gələni etməlidir. Gənclər ölkəmizin gələcəyidir və onların düzgün məlumatlandırılması, bu istiqamətdə maarifləndirilməsi dünyanın gələcək inkişafına mühüm təsir göstərəcək”, - deyə nazir müavini əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]
FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb
- 06.10.2026 [10:57]
AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də
- 06.10.2026 [10:52]