NAZİR VƏTƏNDAŞLARA XİDMƏT GÖSTƏRƏN BÖHRAN TELEFON XƏTTİNİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLMUŞDUR
12-25 yaşda olan və böhran vəziyyətinə düşən (zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə qurşanma, ağır və sağalmaz xəstəlik diaqnozu”, sevdiyi insanla ayrılıq, ailədaxili münaqişələr, valideynlərlə münaqişə və s.) yeniyetmə və gənclərə ilkin psixo-sosial yardım göstərilməsi məqsədi ilə yaradılan bu xəttə bir ay ərzində 1500 nəfər zəng etmişdir. Onların 80 faizi qız və qadınlardır. Əhaliyə pulsuz və anonim xidmət göstərilir və bütün zənglər haqqında məlumat xüsusi hazırlanmış “böhran vəziyyətləri kodifikatoru”nda əks etdirilir və ətraflı, etibarlı məlumat bankını formalaşdırır.
Gənclər və İdman Nazirliyi böhran vəziyyətinə düşən insana vaxtında kömək göstərilməsi və onun qeyri-adekvat addımlar atmasının qarşısının alınması üçün yaradılan bu xəttin fəaliyyətinə ciddi nəzarət edir. Nazir Azad Rəhimov və müavini İntiqam Babayev həmin xətdə çalışan operatorlar və onların işini nəzərdən keçirən mütəxəssislərlə görüşmüş, fəaliyyət haqqında statistik məlumatlarla və zənglərin təhlili ilə yaxından tanış olmuşlar. Nazir belə xidmətin zəruriliyini bildirərək, əlavə telefon xəttinin yaradılmasının və gələcəkdə bu işin ölkə miqyasında genişləndirilməsinin və beynəlxalq təcrübədən bəhrələnmənin vacibliyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]