Nazirlik: 1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.
Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir.
Bundan sonra işəgötürən tərəfindən işçiyə ödənişli atalıq məzuniyyəti verilir. Bu barədə əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində e-qaydada formalaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [14:25]
Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib – Sərəncam
- 08.09.2026 [14:18]
Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub
- 08.09.2026 [14:13]
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib
- 08.09.2026 [13:24]