“NƏ? HARADA? NƏ ZAMAN?” İNTELLEKTUAL OYUNU ÜZRƏ NÖVBƏTİ YARIŞ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 27-də “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə növbəti yarış keçiriləcəkdir.
“Xəzər” İntellektual Gənclər Klubu və Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqının təşkil etdikləri turnirdə respublikamızın bölgələrini və ayrı-ayrı ali məktəbləri təmsil edən komandalar iştirak edəcəklər. Artıq seçim mərhələsi başa çatmış və 30 komanda yarışda iştirak hüququ qazanmışdır.
Qeyd edək ki, 2001-ci ildə təsis edilən və müntəzəm fəaliyyət göstərən “Xəzər” İntellektual Gənclər Klubu intellektual oyunlar hərəkatının inkişafına yardım göstərilməsi, intellektual istiqamətli müxtəlif növ fəaliyyətlərin kütləviliyinin təmin edilməsi üzrə ixtisaslaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]