İDMAN
“Neftçi” klubunun səkkiz futbolçusu Azərbaycan millisinin düşərgəsinə çağırılmışdır
Bakı, 8 noyabr (AZƏRTAC). Bakının “Neftçi” klubunun səkkiz futbolçusu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsinə çağırılmışdır.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, onlardan Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Tərlan Quliyev və Araz Abdullayev hazırda “Neftçi”nin formasını geyinir. Digər futbolçularımız Elşən Abdullayev, Slavik Alxasov və Kərim Diniyev “Sumqayıt”, Emil Balayev isə “Araz Naxçıvan” klublarında icarə əsasında çıxış edirlər.
Qeyd edək ki, U-21 komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də səfərdə Makedoniya millisi ilə qarşılaşacaqdır.