“Neftçi” komandası Avropa Liqasında qarşılaşacağı “Speranta” ilə səfər oyunu üçün Moldovaya yollanıb
Bakı, 9 iyul, AZƏRTAC
Bakının “Neftçi” futbol komandası UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Speranta” komandası ilə səfər oyunu üçün Moldovaya yola düşüb.
AZƏRTAC xəbər verir ki, “ağ-qaralar” Moldovaya 24 futbolçu aparıb.
“Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq keçmiş komandamız səfər oyununa hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirib.
Xatırladaq ki, iyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Speranta” - “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab matçı isə iyulun 18-də “Bakcell Arena”da olacaq.