Neftin qiyməti kəskin şəkildə aşağı düşdü
Bakı, 23 mart, AZƏRTAC
Bu gün günortadan saatlarında ABŞ prezidenti Donald Trampın “Truth” sosial şəbəkəsində “Son iki gün ərzində ABŞ və İran arasında Yaxın Şərqdəki müharibənin tam həlli ilə bağlı çox yaxşı və məhsuldar müzakirə aparılıb” yazmasından sonra dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşüb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 108 dollardan 91,89 dollara düşüb.
ABŞ prezidentinin sosial şəbəkədəki platformasında “Müzakirələrin uğurlu olmasından asılı olaraq İran elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı hərbi zərbələri 5 gün müddətinə təxirə salmağı tapşırmışam” yazması bazarda hökm sürən qeyri müəyyən vəziyyəti müvəqqəti olaraq aradan qaldırıb.
Hazırda dünya bazarına tələb olunan neftin 400 milyon bareli müharibənin nəticəsi olaraq çatışmır. Bu çatışmazlığı isə Hörmüz boğazının İran tərəfindən nəzarətdə saxlaması və Yaxın Şərqin Səudiyyə Ərəbistanı, Qətər, Küveyt kimi dövlətlərin dünya bazarına neft çıxarmasına imkan verilməməsi yaradıb. Dünya bazarının 90 faizini neftlə təmin edən həmin ölkələrin neft infrastrukturu İranın raket zərbələrinə də məruz qalır ki, bu da neftin qiymətinə təsir göstərir.
Mütəxəssislər bu gün neftin qiymətinin kəskin aşağı düşməsini də müvəqqəti hesab edirlər.